Rusiyada qanuni oğru, "Alik Rıjiy" kimi tanınan Əli Heydərovu qətlə yetirməkdə şübhəli bilinən Rövşən Abasov və Namik Səlifov saxlanılıb.
Sabahinfo.az xəbər verir ki, bu barədə məlumatı REN TV yayıb. Qeyd edək ki, Namik Səlifov qətlə yetirilən "qanuni oğru" Nadir Səlifovun (Lotu Quli) qardaşıdır.
Xatırladaq ki, kriminal avtoritet Əli Heydərov ötən ilin aprelində Moskvanın Aviatsionnaya küçəsindəki fitnes klubunun ərazisində güllələnib. Həmin gün polis 32 yaşlı Azərbaycan vətəndaşı olduğu üzə çıxan qatili yaxalayıb.(milli.az)