2020-ci ildə Türkiyədə qətlə yetirilən azərbaycanlı "qanuni oğru" Nadir Səlifovun (Lotu Quli) yaxın adamı hesabı edilən Nihad Qulinin oğru aləmindən uzaqlaşdırıldığı barədə məlumat yayılıb.
Sabahinfo.az qaynarinfo-ya istinadən xəbər verir ki, məlumatda "qanuni oğur"lar Ülfət Tağıyev (Rufo Gəncinski), Badri Koquaşvili (Badri Kutaisi) və Raciddin Mihrəliyev (Racik) Nihad Quli barədə "proqon" yayıb. Onlar Nihad Qulinin "vurulduğunu" bəyan edib. Adıçəkilən "qanuni oğru"lar Nihad Qulinin əvvəllər Bakıda polis rəislərindən birinin cangüdəni olduğunu əsas gətirərək onu kriminal mühitdən uzaqlaşdırıb.
Rufi Gəncinskinin yaxın ətrafına daxil olan şəxslər faktı təsdiqləyib. Onlar bildiriblər ki, Nihad Qulinin vurulması fevralın 25-nə təsadüf edib.