Mahir Süleymanlı qəbul keçirdi

11 yanvar 2025-ci il tarixində Şabran şəhəri Samir Zülfüqarov adına 3 nömrəli tam orta məktəbin inzibati binasında vətəndaşlarla növbəti görüş keçirdik.

Sakinlər əsasən sosial təminat, məşğulluq, yolların təmiri, su və qaz təchizatı kimi məsələlərlə bağlı müraciətlər etdilər. Hər bir müraciət diqqətlə dinlənildi.

Səlahiyyətlərimiz çərçivəsində qaldırılan məsələlərin bir qismi elə yerindəcə həll edildi. Digər müraciətlərin isə aidiyyəti qurumlara yönləndirilməsi və ən qısa zamanda həll edilməsi üçün müvafiq tədbirlərin görüləcəyini vurğuladıq.

Mahir Süleymanlı

Milli Məclisin deputatı