Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yerlərdə vətəndaş müraciətlərinə obyektiv və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarına uyğun olaraq, həmçinin bu istiqamətdə dövlət siyasətini əsas tutaraq, 71 saylı Cəlilabad şəhər seçki dairəsi üzrə VII çağırış Milli Məclisin deputatı Malik Həsənov oktyabrın 28-də Cəlilabad rayonu, Uzuntəpə kəndində seçicilərlə görüş keçirib.
Görüş zamanı Malik Həsənov vətəndaşların problemlərini dinləyib, onları narahat edən məsələlərlə yaxından tanış olub.
Görüşdə qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb. Digər məsələlərin həlli üçün tədbirlər görüləcəyi diqqətə çatdırılıb və bununla bağlı müraciətlər aidiyyatı qurumlara yönləndirilib.