Malik Həsənov şəhidlərin dəfn mərasimində iştirak etdi, ailələrlə görüşdü

12 sentyabr tarixində Ermənistanın ölkəmizin ərazi bütövlüyünə qarşı yönəlmiş genişmiqyaslı təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olan Silahlı Qüvvələrin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları Cəlilabad rayonunun Bəcirəvan kəndində əsgər Nəbiyev Hüseynalı Hikmət oğlunun, Uzuntəpə kəndində əsgər Qənbərli Rəşad Əlizamin oğlunun və Göytəpə şəhərində əsgər Kəlbiyev İsa Rəhim oğlunun dəfn mərasimində, Əsədli kəndində gizir Həsənov Səid Sarbala oğlunun, Vənlik kəndində baş gizir Məmmədov Nahid Hüseynağa oğlunun və Alar kəndində əsgər Qasımov Rəşad Ənvər oğlunun 3 mərasimində həmkarlarım Milli Məclisin sədr müavini Fəzail İbrahimli və deputat Elman Nəsirovla birgə iştirak etdik.

Şəhidimizlə vida mərasimində Cəlilabad Rayon İcra Hakimiyyətinin Başçısı, Hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilatların, rayon ictimaiyyətinin nümayəndələri də iştirak etdilər.

Ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən cəmi şəhidlərimizə Allahdan rəhmət diləyirəm.

VƏTƏN SAĞ OLSUN!

Malik Həsənov 
Milli məclisin deputatı