PSJ-dən ayrılan qapıçı Canluici Donnarumma karyerasını İngiltərədə davam etdirəcək.
“Qafqazinfo” xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
O, İtaliya millisinin qolkiperinin “Mançester Siti”yə keçəcəyini bildirib. Futbolçu “şəhərlilər”lə uzunmüddətli müqavilə imzalayacaq.
Qeyd edək ki, 26 yaşlı qolkiper 2021-ci ildən PSJ-də çıxış edirdi.