Sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan teatr və kino sənətinin inkişafında böyük xidmətlərinə görə Maqsud Məmmədibrahim oğlu İbrahimbəyov "Şərəf” ordeni ilə təltif edilsin.