Mart ayında qeyri-iş günlərinin sayı məlum olub.
Sabahinfo.az xəbər verir ki, 8 mart Beynəlxalq Qadınlar Günü, 20, 21, 22, 23, 24 mart – Novruz bayramı günləridir.
Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına uyğun olaraq, 2024-cü ildə beşgünlük iş həftəsində 25 və 26 mart tarixləri də qeyri-iş günləridir.
Beləliklə şənbə və bazar günləri də daxil olmaqla martda 15 gün iş olmayacaq.