Masallı rayonu Qəhrəmanlar Parkında işlər tamamlanır

Millət vəkili Məşhur Məmmədov, köməkçiləri Hekayət Nəzərov və Rəmzi Şahverdiyev Masallı rayonunda "I və II Qarabağ müharibəsi" şəhidlərinin xatirəsinin əbədiləşdirildiyi Qəhrəmanlar Parkında aparılan tamamlama işləri ilə tanış olublar.

Masallı şəhər seçicilərinin arzusu ilə yenidən inşa edilən Qəhrəmanlar Parkında aparılan tamamlama işləri Zəfər bayramına açılış üçün yekunlaşmaq üzrədir. Qəhrəmanlar Parkında Masallı rayonundan "I və II Qarabağ müharibəsi"ndə canlarını fəda etmiş 242 şəhidin xatirəsi əbədiləşdirilib.

Nəzərinizə çatdıraq ki, Qəhrəmanlar Parkında I Qarabağ müharibəsində şəhidlik məqamına yüksələn 3 Milli Qəhrəman və eyni zamanda, II Qarabağ müharibəsində igidlik göstərmiş, ölkə başçısı Ali Baş Komandan Prezident İlham Əliyevin Fərmanı ilə Vətən Qəhrəmanı adına layiq görülmüş 2 əsgərimiz üçün büstlər hazırlanıb.



 

Qeyd edək ki, büstlər artıq açılış üçün Qəhrəmanlar Parkında yerləşdirilib. Parkda görülən işlərlə tanış olduqda məlumat verilib ki, Park yaxın günlər üçün açılışa hazır olacaq.

Azərbaycan üçün yaşamış igidlərimizi unutmuruq, unutmayacağıq. Onların qəhrəmanlığı gələcək nəsillərə örnəkdir. Hər birimizin bu örnək ömürlərə sonsuz ehtiramımız vardır.

Qəhramanlar unudulmur! Allah şəhidlərə rəhmət eləsin!