Masallıda “Narkomaniya və erkən nikaha yox deyək” mövzusunda tədbir

Masallı Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə "Dəfinə" məktəb-liseyində “Narkomaniya və erkən nikaha yox deyək” mövzusunda tədbir təşkil olunub Çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Azay Ağayev, təhsil sektorunun müdiri Elman Rzayev və digər dövlət qurumlarının nümayəndələri bildiriblər ki, bu gün ölkəmizdə başlıca vəzifə olan sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlər sırasında narkomaniya və erkən nikahların qarşısının alınması ilə mübarizə mühüm yer tutur. Bu neqativ halların ayrı-ayrı fərdlərə, ailələrə, bütövlükdə cəmiyyətin gələcəyinə yaratdığı təhlükə isə ifadə edilməyəcək qədər böyükdür. 

Problemin həllinə xidmət edən ən mühüm addımlardan biri şübhəsiz ki, preventiv tədbirlərin görülməsi, o cümlədən maarifləndirmə işinin lazımi səviyyədə qurulmasıdır.