Masallının Qodman kəndində yeni həkim məntəqəsi istifadəyə verilib

Yaponiya hökuməti dəstək verib

 

18 noyabr 2021-ci il tarixdə “Ot Kökləri və İnsan Təhlükəsizliyi” qrant proqramı əsasında Yaponiya ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq çərçivəsində Qodman kənd həkim məntəqəsinin açlışı mərasimi keçirilib.

 

Qodman kənd həkim məntəqəsi “Ot Kökləri və İnsan Təhlükəsizliyi” qrant proqramı çərçivəsində “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İB tərəfindən həyata keçirilən layihə çərçivəsində tikilib.

 

Mərasimdən əvvəl Masallı rayon İcra hakimiyyətinin başçısı Şahin Məmmədov Yaponiyanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Vada Cüniçini İcra hakimiyyətinin inzibati binasında görüşü keçirilib.

Səfir Vada və Masallı rayon İcra hakimiyyətinin başçısı Şahin Məmmədov, qonaqlar Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinə ucaldılmış “Qəhrəmanlar parkı, Şəhidlər abidə kompleksi” abidəsini ziyarət ediblər.

Mərasimdə Masallı rayon İcra hakimiyyətinin başçısı Şahin Məmmədov, Yaponiyanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Vada Cüniçi, Masallı rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Rasim Əzizov, layihəni icra edən “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İB-nin sədri Zaur İbrahimov, “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev və kənd sakinləri iştirak edib.

Açılış mərasimində çıxış edən rayon rəhbəri kənd sakinlərini yeni həkim məntəqəsinin açılışı münasibətilə təbrik etmiş və əhaliyə yüksək xidmət göstəriləcəyini vurğulayıb.

Yaponiyanın ölkəmizdəki səfiri Vada Cüniçi qeyd edib ki, Qodman kəndində yeni həkim məntəqəsi Yaponiya hökumətinin həyata keçirdiyi “Ot Kökləri və İnsan Təhlükəsizliyi” üzrə Qrant Yardımı Proqramı çərçivəsində inşa edilib. Ərazidə həkim məntəqəsinə böyük ehtiyac olduğunu nəzərə alaraq yeni həkim məntəqəsinin inşası üçün “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İB qrant yardımı üçün Yaponiya hökumətinə müraciət edib və müsbət cavab alıb. Cənab səfir Yaponiya hökumətinin bundan sonra da Azərbaycanın müxtəlif bölgələrinin əhalisinin ehtiyaclarına cavab verərək, əhalinin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində öz töhfəsini verməyə davam edəcəyini diqqətə çatdırıb.

“Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İB sədri Zaur İbrahimov

həkim məntəqəsi 7 otaqdan ibarətdir olduğunu, layihədən Qodman kəndi ərazisinin 2800 nəfər əhalisi, o cümlədən ərazinin Əzizabad və Məmmədraküçə kəndinin sakinləri də bəhrələnəcəklərini vurğulayıb.

Layihənin dəstəkləndiyinə görə, səfir Vadaya təşəkür edən Z.İbrahimov Masallı rayonunda Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyi tərəfindən 4 qrant layihəsinin icra olunduğunu və və bu layihələrin ümumi məbləği 341,590 ABŞ dolları təşkil etdiyini də diqqətə çatdırıb.