Amerikalı iş adamı İlon Mask və Monqolustanın Baş naziri Luvsannamsrayn Oyuun-Erdene Qobi səhrasının Monqolustan hissəsində Marsa insanların göndərilməsi üçün xüsusi təlim mərkəzlərinin yaradılması imkanlarını müzakirə ediblər.
Məlumata görə, Oyuun-Erdene çoxdan Marsa insan göndərmək arzusunda olub. Monqolustanın cənub hissəsini əhatə edən Qobi səhrasının relyefi Marsın səthinə bənzəyir. Belə bir mərkəzin məhz burada yaradılmasının effektivliyi dəqiqləşdirilir.
Qeyd edək ki, öz növbəsində Mask dəfələrlə məqsədinin kosmosa səyahəti və Marsın kolonizasiyasını populyarlaşdırmaq olduğunu bildirib.