Əməkdar artist Məhəbbət Kazımovun fotosu Laçının Çorman kəndində asılıb.
Sabahinfo.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə videogörüntülər yayılıb. Görüntülərdə mərhum Əməkdar artistin fotosu onun doğulduğu kənddə asıldığı əks olunub.
Bildirək ki, Məhəbbət Kazımov 1953-cü ildə Çorman kəndində anadan olub. Ömrünün 22 ilini Laçın həsrəti ilə yaşayan sənətçi “Laçınım” mahnısı ilə tanınıb. Lakin Məhəbbət Kazımov 2014-cü il yanvarın 27-də uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. O, “Laçınım” mahnısının sədaları altında dəfn olunub.