Məhkəmə “Abzas media” işi çərçivəsində saxlanılan jurnalist Elnarə Qasımova haqqında qərar qəbul edib.
Sabahinfo.az xəbər verir ki, Xətai rayon məhkəməsinin hakimi Bəxtiyar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə E.Qasımova barəsində 2 ay 17 günlük həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, E.Qasımovaya qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.