Hörmətli Mehriban xanım,sizi doğum gününüz münasibətilə səmim qəlbdən təbrik edirəm.
Mən Elçin Axundzadə cənub bölgəsinin Ərdəbil kökənli ən böyük nəslin nümayəndəsi kimi sizə, ailəm ,təşkilatım və öz adımdan xoş arzularımı bildirir , gördüyünüz xeyir əməllərinizin ,hümanist addımlarınızın Tanrı dərgahında qəbul olunmasını diləyirəm, uzun ömür ,can sağlığı ailənizə daim birlik və xoşbəxtlik ,tükənməyən güc arzu edirəm.
Şəhid ailələri və qazilərə göstərdiyiniz diqqət və qayğını yüksək dəyərləndirir, hərbi – siyasi mövqeyinizi dəstəkləyirəm. Daim gələcəyin işıqları olan gəncliyə mərhəmətli və hümanist olmağı mesaj verirsiniz ,qəlbinizdəki insan sevgisini sağlamlığında problem olan uşaqlara necə yanaşmağınız ,necə sevgi göstərməyiniz özü bir örnəkdir. Hər zaman sevgi ,mərhəmət dolu olmağınızı diləyirəm. Doğum gününüz mübarək!
Hörmətlə:” Zirvə ” İslahatlara dəstək mərkəzin İctimai birliyinin sədri,Hərbi-siyasi ekspert Elçin Axundzadə