Məişət zorakılığına qarşı ictimai maarifləndirməyə dəstək” layihəsi başa çatıb

 

“Rəvan” Gəncliyə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Məişət zorakılığına qarşı ictimai maarifləndirməyə dəstək” layihəsinin icrası başa çatıb.
Layihənin məqsədi cəmiyyəti, xüsusən gənc nəsli məişət zorakılığına qarşı mübarizə istiqamətində maarifləndirmək olub.
3 ay davam edəcək layihə çərçivəsində məişət zorakılığına qarşı Məişət zorakılığına qarşı hüquqi maarifləndirmə”, “Məişət zorakılıqlarında erkən nikahların rolu”, “Məişət zorakılığı gender bərabərliyi müstəvisində”, “Məişət zorakılığının uşaq psixologiyasına təsiri”, “İctimai məsələlərin ailə münasibətlərinə göstərdiyi təsir”, “Sosial problemlərinin məişət zorakılığına təsiri”, “Məişət zorakılığına psixoloji baxış”, “Məişət zorakılığının aradan qaldırılması yolları : Yerli və xarici təcrübə”, “Məişət zorakılığının qarşısının alınması istiqamətində maarifləndirici tədbirlər”, “Məişət zorakılığının görünməyən tərəfləri”, “Məişət zorakılığı və media”, “Məişət zorakılığı ailə faciələrinin əsas səbəblərindən biri kimi”, “Ailə hüququ mövzusunda qanunda olan boşluqaların araşdırılması”, “Məişət zorakılığı məhkəmə predmetində”, “Məişət zorakılığının cəmiyyətə təsiri”, “Qadınlar və uşaqlar məişət zorakılığının qurbanları kimi”, “Mental dəyərlərin məişət zoraılıqlığına təsiri”, “Məişət zorakılılığının yaradan səbəblər”, “Vətəndaş cəmiyyəti təşkilatlarının məişət zorakılığı sahəsində marifləndirmə təcrübələri” və “Məişət zorakılığınln qarşısının alınmasında praktiki üsullar” sərlövhəli ictimai maarifləndirmə mövzularında araşdırma xarakterli 20 yazı “hazırlanaraq mediada dərc edilib.
Layihənin uğurla həyata keçirilməsi nəticəsində cəmiyyət, xüsusən gənc nəsil məişət zorakılığının səbəbləri, həmin səbəblərin aradan qaldırılması və məişət zorakılığına qarşı mübarizə istiqamətində maarifləndirilib. Bu da “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyinin məişət zorakılığına qarşı mübarizəyə vətəndaş cəmiyyəti institutu kimi bir töhfəsi olub.