Məktəblərdə 20 Yanvarla bağlı xüsusi dərslər keçiriləcək

Təhsil naziri Emin Əmrullayev "20 Yanvar faciəsinin otuzikinci ildönümü ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər Planı"nın təsdiq edilməsi haqqında əmr imzalayıb.

Nazirlikdən Sabahinfo.az-a verilən məlumata görə, əmrə əsasən yanvarın 19-da ali, orta ixtisas, peşə və ümumi təhsil müəssisələrində 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunan xüsusi dərslər keçiriləcək.

Əmrin icrasına nəzarət nazir müavini Firudin Qurbanova həvalə olunub.