Məktəblərdə dinlə bağlı fənnin tədrisi təklif edilir

"Məktəblərdə şagirdlərə dini bilgilər haqqında ayrıca fənn tədris olunmalıdır".

Sabahinfo.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Onun sözlərinə görə,"Həyat bilgisi" fənnin içərisində dinlə əlaqəli xüsusi dərs keçilmir, sadəcə müəyyən bilgilər var.

"Ayrıca dini bilgilər haqqında fənn tədris olunmalıdır. Bunu çox istəyərdik. Təbii ki, bu da başqa mövzudur", - deyə Mübariz Qurbanlı əlavə edib..