Çeçenistan rəhbəri Ramzan Kadırov Rusiya prezidenti Vladimir Putinə müraciət edərək, döyüşçülərə Xarkov, Kiyev və Ukraynanın digər şəhərlərini tutmaq üçün icazə istəyib.
Sabahinfo.az-ın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə o, "Telegram" kanalında bildirib.
"Döyüşçülərimizə əmr verin ki, Xarkovu, Kiyevi və bütün digər şəhərləri tez, aydın, səmərəli şəkildə ələ keçirsinlər... Yoldaş prezident, yoldaş Ali Komandir, mən dəfələrlə demişəm ki, mən sizin piyada əsgərinizəm, sizin üçün canımı verməyə hazıram. Amma "Mənim və əsgərlərimizin, Müdafiə nazirliklərinin, Milli Qvardiyanın və digər strukturların necə öldüyünü seyr edə bilmirəm. Sizdən xahiş edirəm ki, hər şeyə göz yumun və orada baş verənləri bir anda bitirsinlər. Yalnız bu, dövlətimizi və xalqımızı xilas edəcək. Bu, mənim əmin fikrimdir", - Kadırov deyib.(unikal)