"Məndən olsa, bir çoxu heç dəyişməməli idi" - Deputat yeni qanundan danışdı

"Yeni hazırlanan “Siyasi partiyalar haqqında” qanun layihəsi yeganə sənəddir ki, 60-dan çox müddəaya dəyişiklik edilib".

Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.

O bildirib ki, bununla həddən artıq liberal bir yanaşma ortaya çıxıb: "Məndən olsa, bir çoxu heç dəyişməməli idi".