Məqsədlərin möhtəşəmliyinin ifadəsi baxımından olduqca gərəkli müşavirə

Azərbaycan dünyanın ən dinamik inkişaf etmiş dövlətlərindəndir. Bu inkişaf sosial həyatın bü¬tün sahələrini əhatə edir, qarşıya qoyulan bütün vəzifələr uğurla icra olunur. Bu inkişaf döv¬lə¬tin iqtisadi qüdrətini artırmaqla bərabər, onun beynəlxalq nüfuzunu da yüksəldir. Bu yüksəliş ikitərəfli, çoxtərəfli müqavilələrin. bu sıradan iqtisadi müqavilələin bağlanmasında vasitə olur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev cari il iyul ayının 15-də keçi¬ril¬miş 2022-ci ilin altı ayının yekunlarına həsr olunan müşavirədə çıxışında olduqca mühüm məsələlər haqqında danışdı. Bu məsələlər bilavasitə Azərbaycan dövlətçiliyinin daha da möh¬kəm¬ləndirilməsi baxımından dəyərləndirilməlidir.
Azərbaycan dövlətinin nüfuzunun daha da artması müxtəlif amillərlə şərtlənir. Bu amil¬lər¬dən biri də Qoşulmama Hərəkatında qazanılan uğurlardır. Azərbaycanın bu sahə üzrə sədr¬liyi 2023-cü ilə qədər yekdil fikirlə bir il uzadılıb. Bu, onu göstərir ki, ölkəmiz 120 ölkə arasında çox böyük nüfuz qazanmışdır və bizə olan inam bu illər ərzində daha da artmışdır. Nəticələr təsdiqləyir ki, Azərbaycan Qoşulmama Hərəkatının institusional inkişafına böyük töhfə verib. Qoşulmama Hərəkatı ilə bağlı bir məqam diqqəti çəkir: bu il Bakıda keçirilmiş Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin toplantısı idi və Parlament Şəbəkəsinin yaradılması idi. Bakıda keçirilmiş bu önəmli tədbir göstərdi ki, bu Hərəkatın çox böyük potensialı var, həmrəy¬liyi dərinləşdirmək, əməkdaşlığı genişləndirmək və qarşılıqlı beynəlxalq dəstək üçün bu, çox önəmli platformadır.Bu platforma dövlətlərarası münasibətlərdə də olduqca əhəmiy-yət¬lidir.
Dövlət bu və ya digər siyasi məsələ ilə bağlı münasibət bildirir, fikir səsləndirir. Hər iki halda dünya ictimaiyyəti bunları vəd kimi qəbul edir. Verilən vədə əməl etməyən dövlətin malik olduğu siyasi nüfuz azalır, azala-azala yoxa yaxınlaşır. Bu baxımdan dövlət öz mövqe¬yi¬nə həmişə sadiq qalmalıdır. Azərbaycan bütün sahələr üzrə öz sözünə sədaqətli dövlətlər¬dən¬dir. Sədaqət nüfuz deməkdir, ehtiram, inam deməkdir.
Beynəlxalq miqyasda münasibətlər, əsasən, həm də bu amillə müəyyənləşdirilir. Azər¬bay¬canın dünyəvi münasibətlərin daha da formalaşmasında, dərinləşməsində, etibarlılığın art¬masında böyük həmrəylik göstərir, iqtisadi baxımdan zəif dövlətlərə kifayət qədər həssas iqti¬sadi dəstək göstərir, bu dəstək başlıca olaraq humanitar dəstəkdir, maliyyə dəstəyidir. COVİD-lə bağlı 80-dən çox ölkəyə göstərdiyimiz dəstək bizim beynəlxalq nüfuzumuzu böyük dərəcədə artırmışdır.
Bu və ya digər beynəlxalq təşkilatla münasibətlərin davam etdirlməsi, lazım gələrsə, yeni formatda formalaşdırılması dövlətçiliyə qayğıdır və bu qayğı Ulu Öndərin azərbaycançılıq ideologiyasının tərkib hissələrindən biri kimi həmişə diqqət mərkəzindədir. Son illərdə, əsasən Vətən müharibəsində qazanılan Zəfərdən sonra Avropa İttifaqı-Azərbaycan əlaqələrinin gələ¬cək inkişafı ilə bağlı geniş müzakirələr aparılır. Artıq Avropa İttifaqı ilə Azərbaycan arasında önəmli sənəd - enerji təhlükəsizliyi ilə bağlı sənəd imzalandı və bu bizim əmək¬daş¬lı¬ğı¬mızı daha yüksək səviyyəyə qaldıracaqdır.
Azərbaycan istər amal, əqidə baxımından, istərsə də dil, din baımından türk amilinə həmişə həssas yanaşıb. Ruh bağlılığı bu amilin başlıca qayəsi olub.
Türk Dövlətləri Təşkilatı çərçivəsində Azərbaycan hər zaman fəallıq göstərib. Bu fəal¬lıq qarşılıqlı münasibətlərin daha da həssaslaşması ilə müşaiət olunur. Türk dövlətləri ilə əla¬qələrin inkişafı prioritet məsələlərdən biridir və həm siyasi dəstək qarşılıqlı surətdə ifadə olunur, önəmli layihələr üzərində müzakirələr aparılır - həm ikitərəfli, həm çox tərəfli for¬mat¬da. Nəqliyyat, energetika, digər sahələr üzrə fəal əməkdaşlıq aparılır.
Mehriban qonşuluq sülhün, əmin-amanlığın başlıca şərtlərindəndir. Azərbaycan tole¬rant dövlət kimi həmişə sülh tərəfdarı olub. Qonşu ölkələrlə əlaqələrin (istər siyasi, istərsə də iqtisadi) inkişafı hər zaman əsas prioritetlərdən biri olub. Rusiya, İran, Gürcüstan prezidentləri ilə təşkil olunan görüşlər əlaqələrin inkişafı üçün zəmin yaradır. Bu görüşlər qarşılıqlı etimada əsaslanır ki, bu da Azərbaycanın yüksək siyasi nüfuza malik olmasının təsdiqidir.
Amerika-Azərbaycan əlaqələrinin inkişafı istiqamətində önəmli addımlar atılmışdır. Yüksək vəzifəli şəxslərin qarşılıqlı səfərləri təşkil edilmişdir. Amerika Birləşmiş Ştatlarının Prezidenti iki dəfə məktub göndərmişdir - həm Müstəqillik Günü ilə bağlı, həm Bakı Enerji Həftəsinin açılışı ilə bağlı. Bu əlaqələrin həm böyük tarixi və həm də gözəl gələcəyi var.
Beynəlxalq əlaqələr, bölgədə və bütövlükdə dünyada aparılan siyasət Azərbaycana da¬xili problemləri daha böyük uğurla həll etməyə imkan verir
Ölkənin inkişafı bir-biri ilə əlaqəli amillərdən də asılıdır. Hər ölkənin özünəməxsus in¬ki¬şaf xarakteri, inkişaf dinamikası, inkişafa təsir göstərən arqumentləri var. Bu baxımdan daxili siyasətini düzgün aparmaq üçün hər dövlətə gərəkli (müsbət) müstəvi lazımdır. Bu müstəvi ilk növbədə qarşılqlı etimada əsaslanan qonşuluqdur. Qonşuluğun timsalında dünyəvi münasibə¬t¬dir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi, cari ilin altı ayında Azərbaycan-Ermənistan əlaqələrinin normallaşdırılması istiqamə¬tində müəyyən addımlar atılsa da, əfsuslar olsun ki, hələlik real nəticələr yoxdur. Baxmayaraq ki, Vətən müharibəsindən 1 il 8 ay ötüb, ancaq Ermənistan hələ də məcburən üzərinə götürdüyü öhdəliklərini yerinə yetirmir;
Delimitasiya üzrə işçi qruplarının birinci görüşü keçirilmişdir. Biz bunu müsbət addım kimi qiymətləndiririk. Bu da ölkəmizin təşəbbüsü ilə baş vermiş hadisədir. Azərbaycan sərhədlərin delimitasiyası ilə bağlı addımların tezliklə atılmasına çalışır. Ermənistan tərəfi buna o qədər də meyilli deyil.
10 noyabr Bəyannaməsində Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respubli¬kası arasında birbaşa əlaqə qurulmalı idi, ancaq bu günə qədər bu imkan yaradılmadı. Laçın yolu açıqdır və 10 noyabr Bəyannaməsində biz öhdəlik götürmüşdük ki, Laçın yolu işləyəcək və Azərbaycan o yolun təhlükəsizliyinə zəmanət verir. Ölkəmiz bu öhdəliyi əməl edir. Amma Azərbaycanın əsas hissəsindən Naxçıvana getmək üçün imkan yoxdur. Ermənistan ərazisində bu istiqamətdə hansısa işlər görülmür. Niyə? Dünya dövlətləri buna ciddi münasibət bildirməlidir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında dedi: “Son vaxt¬lar Ermənistan rəhbəri yenə də hansısa status haqqında danışmağa başlayıb. Halbuki, müharibəyə son qoyulanda, Ermənistan kapitulyasiya aktına məcburən imza atanda Azərbaycan, Rusiya, Ermənistanın rəhbərləri arasında şifahi razılaşma olmuşdur ki, status məsələsinə toxunulmur. Ermənistan müəyyən müddət buna əməl edirdi. Ancaq son zamanlar artıq bu, adi hala çevrilib. Status haqqında danışmaq Ermənistan üçün çox təhlükəli məsələdir”.
Ermənistanın dövlət olaraq verdiyi vədləri yerinə yetirməməsi, yerinə yetirməkdən imtina etməyə meyil göstərməsi onun işğalçılıq niyyətində olduğunun təsdiqidir. Dünya döv¬lətləri işğalçıya vaxtında ciddi münasibət göstərməməyin nəticələrinə yaxşı bələddir. Ona görə hər münasibət öz həllini vaxtında tapmalıdır.
Ölkə başçısı çıxışında onu da qeyd etdi ki, altı ay ərzində hərbi sahədə də islahatlar aparılıb. Struktur islahatları aparılıb, hərbi təhsildə islahatlar aparılıb. Təlimlərlə bağlı ciddi addımlar atılıb. Yeni silahlı birləşmələr yaradılıb. Yeni kontraktlar imzalanıb, hərbi texnika, silah-sursatlar alınır və alınacaq. Cari il artan iqtisadi və maliyyə imkanlarımızın bir hissəsi məhz bu məsələlərə istiqamətləndirilib. Artım məhz yüksək texnoloji imkanları olan silahların alınmasına xərclənəcək. Ən müasir hərbi texnika və silahların alınması üçün bu il dürüstləşmə zamanı hərbi xərclərimiz artıb. Qürurverici nailiyyətlərdir. Hər bir azərbaycanlının Azərby¬can¬la bağlı istəyini ifadə edən qürurdur.
Vətən müharibəsində qazanılan Zəfər Azərbaycanın daha nurlu sabahlarına düşən işıq misalıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kəlamlar ic¬ti¬maiyyətin niyyətini ifadə edir: “Müharibədə qəhrəmanlıq göstərmiş hərbçilərin sosial problemləri daim diqqət mərkəzindədir. Müharibədə əlil olmuş demək olar ki, bütün hərbçilər artıq ən müasir protezlərlə təmin olundular. Dördüncü nəsil protezlər - o protezlər ki, insan rahat yaşaya bilər, gəzə bilər, hətta futbol oynaya bilər, qaça bilər. Bu, çox bahalı texnikadır və o texnologiya elədir ki, vaxtaşırı dəyişdirilməlidir. Biz bunu edirik və edəcəyik. Çünki öz sağlamlığını itirmiş hərbçilər dövlət tərəfindən daim qayğı ilə əhatə olunmalıdır. Dövlət bunu edir və yerlərdə məmurlar da bunu heç vaxt unutmamalıdır”.
Zəfər Vətən müharibəsinin sonu, ölkədə quruculuq işlərinin başlanğıcı oldu. Ölkə baş¬çısının müvafiq sərəncamları ilə işğaldan azad edilmiş ərazilərdə böyük miqyaslı quruculuq işləri başladı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev cari il iyul ayının 15-də keçi¬ril¬miş 2022-ci ilin altı ayının yekunlarına həsr olunan müşavirədə çıxışında dedi: “İşğaldan azad olunmuş ərazilərdə işlər planlı şəkildə aparılır. İnfrastruktur işləri - artıq yaşayış binalarının inşasına başlanılıb, Ağalı kəndi istifadəyə verilib, beş şəhərin Baş planı təsdiqlənib, yeni yaradılacaq kəndlərin yerləri müəyyən edilib. Bütün tender prosedurları keçir, şəffaflıq tam təmin olunur, heç bir inhisarçılıq olmamalıdır. Açıq tender prosedurları təmin edilir və ediləcək”.
Qarabağ və Şərqi Zəngəzurla bağlı işlərlə yanaşı ərzaq təhlükəsizliyi məsələləri də vacib məsələlərdəndir. Bu il bu problemlə nəinki ölkəmiz, artıq bütün dünya üzləşib. Əfsuslar olsun ki, Azərbaycan da taxılın idxalından böyük dərəcədə asılı olan ölkədir. Bu asılılığı aradan qaldırmaq üçün indi proqram hazırlanıb. Həm azad edilmiş torpaqlarda, həm də ölkəmizin digər yerlərində biz vaxt itirmədən, tezliklə taxıl istehsalını artırmalıyıq. Bu il heç vaxt istifadə olunmayan təqribən 100 min hektarda taxıl, yəni, buğda, arpa, dənli bitkilər əkiləcək. Bu da bizim ərzaq təhlükəsizliyimizi gücləndirəcəkdir.
Ölkə başçısı çıxışında müsbət inkişaf ənənələrindən, müharibədən sonra bir çox şəhid ailələrinə və müharibə əlillərinə dövlət tərəfindən mənzillər verilməsindən, reabilitasiya mər¬kəz¬ləri yaradılmasından, ən müasir texnologiyalarla təchiz edilməsindən, azad edilmiş əra¬zi¬lərdə böyük su anbarları və su kanallarının tikintisi, habelə içməli su təchizatı da nəzərdə tutulmasından da danışdı.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev cari il iyul ayının 15-də keçi¬ril¬miş 2022-ci ilin altı ayının yekunlarına həsr olunan müşavirə tarixiliyi, informasiyalılığı və qarşıya qoyulan məqsədlərin möhtəşəmliyinin ifadəsi baxımından olduqca gərəkli müşavirə oldu.

Səbinə Xasayeva,
Milli Məclisin deputatı