Almaniya kansleri Angela Merkel oktyabrın 16-da Türkiyəyə səfər edəcək.
Haber Globalın məlumatına görə, kansler İstanbul şəhərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.
Səfərlə bağlı açıqlama verən Almaniya hökumətinin sözçüsü Steffen Seybert Türkiyənin rəsmi Berlin üçün çox yaxın tərəfdaş olduğunu bildirib.