Məşhur Məmmədov seçicilərlə növbəti görüşünü keçirib - FOTOLAR

Azərbaycan Respublikasının Milli Məclisinə sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilərlə bağlı təşviqat kampaniyamız davam edir. Bu gün kampaniya çərçivəsində növbəti görüşlərdən biri Göyəçöl kənd Ağsaqqallar evində Göyəçöl kəndinin seçiciləri ilə keçirildi.

Əvvəlcə kəndin Şəhidlər Xiyabanını ziyarət edib, qəhrəman şəhidlərimizin xatirəsinə ehtiramımızı bildirdik.
Görüşdə seçkilərin ölkəmizin rifahında rolundan danışaraq, Yeni Azərbaycan Partiyasının növbədənkənar parlament seçkilərinə “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı ilə qatıldığını xatırladaraq qeyd etdim ki, post müharibə dövründə cənab Prezident İlham Əliyevin apardığı məqsədyönlü daxili və xarici siyasət və qloballaşan dünyada baş verənlər ölkədə yeni reallıqlar yaradıb.

Seçiciləri maraqlandıran sualları cavablandırdım, onıarın istəklərini dinlədim. Seçkilərdə fəal olmalarına çağırış etdim. Seçicilərlə görüşlərimiz davam edir.