Məşhur Məmmədov şəhid ailələrinə ziyarəti davam etdirir

Masallı rayonunun Kürdəbaz kəndində Şəhid Gülşad Elşad oğlu Xəlilovun ailəsini ziyarət etdik. 

Azərbaycan Ordusunun əsgəri olan Gülşad Xəlilov Vətən müharibəsi zamanı Füzuli rayonu uğrunda gedən döyüşlərdə düşmənlərə qarşı böyük mərdliklə döyüşüb şəhadətə ucalıb.

Qısa ömrünə qəhrəmanlıq sığdıran 19 yaşlı Şəhidimiz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra «Vətən uğrunda» medalı ilə təltif edilib.

  Masallı rayonunun Kürdəbaz kəndində dəfn olunan şəhidin ailəsi dövlətimizə əmanətdir. Ailə ilə söhbət zamanı bunu bir daha vurğulayaraq dövlətin şəhid ailələrinə diqqət və qayğısından söhbət açdıq. Ailə nikbindir, qəhrəman övladları ilə fəxr edirlər! Azərbaycanın suverenliyini tam bərpa etməsi bütün şəhid ailələri üçün təsəlli və qürurvericidir.

Məşhur Məmmədov

Milli Məclisin deputatı