Məşhur Məmmədov səyyar görüş keçirib

Bu dəfə ənənəni pozaraq rayon mərkəzində yox, seçicilərlə Masallı rayonu Musaküçə kəndi ərazisində səyyar görüş-qəbul keçirdik.

İlk öncə kənd qəbiristanlığında Böyük Vətən müharibəsi, eləcə də Birinci və İkinci Qarabağ şəhidlərinin məzarını ziyarət etdik, gül dəstələri düzdük, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçənlərin əziz xatirəsini yad etdik.

Səyyar görüş-qəbulda çıxış edən vətəndaşlar əsasən sosial problemlərin həlli və sənədləşmə ilə bağlı digər məsələlər barədə müraciətlər etdi.

Görüşdə qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar verildi, bəzisi yerində həll edildi, digərləri qanunvericiliklə həll edildiyi üçün qaydalar izah edildi.

Səyyar görüş-qəbulda kəndin idarə, müəssisə və təşkilatlar rəhbərləri, köməkçilərim, şəhid ailələri, qazilər, din xadimləri, ağsaqqallar, ziyalılar və kənd sakinləri iştirak edirdi.
 

Məşhur Məmmədov
Milli Məclisin deputatı