Türkiyəli müğənni Özcan Dəniz keçmiş həyat yoldaşı Feyza Aktanla bağlı prokurorluq orqanlarına müraciət edib.
Bu barədə “Haber Global” məlumat yayıb.
Müğənni keçmiş həyat yoldaşını övladını ondan gizlətməkdə ittiham edib.
“10 gündür oğlumdan xəbərim yoxdur. Təhlükəsizlik kamerasından bəzi şeylər gördüm, narahat oldum”, - deyə Ö.Dəniz bildirib.
Xatırladaq ki, Türkiyənin tanınmış müğənni və aktyoru Özcan Dənizə qarşı keçmiş həyat yoldaşı Feyza Aktanı döymə iddiası ilə açılan cinayət işi yekunlaşıb. Məşhur yaxın günlərdə məhkəmə qarşısına çıxacaq.