Məşhur müğənni mahnısını Aya göndərdi

Bəstəsi İnon Zura, musiqisi isə Imagine Dragonsa məxsus olan "Children of the sky" mahnısı uğurla Aya göndərilib. 

Sabahinfo.az xəbər verir ki,  bu barədə müğənni sosial şəbəkə hesabında yazıb. 

"İndi mahnı ayda olacaq. Əbədi!" - musiqiçi qeyd edib. 

Bildirilir ki, martın 6-da Lonestar Data Holdings startapı Imagine Dragons trekini Aydakı məlumat mərkəzinə ötürüb. Bəstənin Aydan Yerə yayımlanan ilk mahnı olacağı güman edilirdi. Lakin gəminin iki radio antenasından biri eniş zamanı zədələndiyi üçün texniki cəhətdən buna nail olmaq mümkün olmayıb. 

2024-cü ildə Elvis Presli, Jimi Hendrix və digər ifaçıların mahnılarının rəqəmsal yazıları da Aya çatdırılıb.