Məşhur müğənni, gitaraçı və bəstəkar Duayt Tvilli vəfat edib.
Sabahinfo.az xəbər verir ki, gitaraçı 72 yaşında dünyasını dəyişib. Onun ölüm səbəbi açıqlanmasa da, ötən həftə ayağını sındıran Duaytın əməliyyata hazırlaşdığı bilinirdi.
Qeyd edək ki, Duayt "I'm on Fire" (1975) və "Girls" (1984) sinqlları ilə məşhurlaşıb.