Meymunçiçəyi virusunun gözləniləndən daha sürətlə təkamül etdiyi aşkarlanıb.
Bu barədə Portuqaliyanın Dutor Rikardo Xorxe adına Milli Sağlamlıq İnstitutunun alimləri apardıqları tədqiqatlardan sonra bildiriblər.
Onların sözlərinə görə, genetik analiz virusun gözləniləndən 6-12 dəfə yüksək sürətlə mutasiyaya başladığını göstərib. Patogenin sürətlənmiş dəyişməsi onun insanlara yoluxmasının yeni bir yolunu inkişaf etdirdiyinin sübutu sayılıb.
Onun insandan insana yaxın təmasdan və ya hava-damcı yolu ilə keçdiyi güman edilir.
Bəzi mutasiyalar virusun insanın immun sisteminə təsiri ilə əlaqələndirilir.
Qeyd edək ki, meymunçiçəyinin iki əsas növü məlumdur: Qərbi Afrika çiçək xəstəliyi və Konqo hövzəsinin çiçək xəstəliyi - birincisi daha az ölümcüldür. Əvvəlki araşdırmalardan o da məlum olub ki, meymunçiçəyi kimi viruslar adətən ildə bir və ya iki dəfə mutasiyaya uğrayır.