Millət vəkili Novruzəli Aslanov İsmayıllıda vətəndaşların növbəti qəbulunu keçirib - FOTOLAR

 

Milli Məclisin deputatı Novruzəli Aslanovun hər həftə öz seçiciləri ilə keçirdiyi görüşlər artıq ənənəvi hal alıb. Növbəti belə görüş 2025-ci il 06 mart tarixində baş tutub.

aia.az xəbər verir ki, millət vəkili bu dəfə vətəndaşları İsmayıllı şəhərində yerləşən ofisində qəbul edib. Görüşdə şəhər sakinləri, o cümlədən şəhid ailələri, qazilər, Vətən müharibəsinin veteranları da iştirak ediblər. Səmimi şəraitdə keçən qəbulun gedişində Novruzəli Aslanov vətəndaşlar tərəfindən qaldırılan sosial yönümlü məsələləri və şəxsi müraciətləri qeydə alaraq onların həlli məqsədilə müvafiq tədbirlərin görüləcəyini bildirib.

Sonda İsmayıllı şəhər sakinləri və rayon ictimaiyyətinin nümayəndələri Ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya İsmayıllı rayonuna göstərilən diqqət və qayğıya görə öz səmimi minnətdarlıqlarını bildiriblər.