Tərtər rayonunda müqəddəs Ramazan ayı münasibətilə şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb.
Sabahinfo.az xəbər verir ki, iftar süfrəsində Tərtər RİH başçısı Müstəqim Məmmədov, Goranboy RİH başçısı Məhərrəm Quliyev, millət vəkili Anar Məmmədov, Tərtər, Ağdərə və Goranboy rayonundan olan şəhid ailələrinin üzvləri, qazilər, rayonun idarə və müəssisə rəhbərləri, dindarlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edənlər Ramazan ayının mənəvi paklıq, mərhəmət və şəfqət ayı olmasını qeyd ediblər. Bildirilib ki, şəhid ailələrinə, qazilərə diqqət və qayğı dövlətimizin siyasətinin vacib istiqamətlərindən biridir. İftar süfrəsində Müqəddəs “Qurani-Kərim”dən ayələr oxunub, dualar edilib. Ramazan ayının mənəvi paklıq, mərhəmət və şəfqət ayı olması qeyd edilib.
Sonda şəhid ailələrinin üzvləri və qazilər onlara göstərilən hərtərəfli diqqət və qayğıdan söhbət açaraq ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.





