(pressinfo.az saytına istinadən)
Mediyada Korrupsiya ilə gündəmə gələn ATU-da yeni rüşvət növləri mövcuddur.
Bu gün ATU-nun Rektoru Yaşar Ömərov Dekanlara, Kafedra müdirlərinə tapşırıq verib ki, məzun olan tələbələrdən " Diplom işinə " 500 manat yığılsın.
Fakültələrdə sinifkomları Dekanlar və Kafedra müdirləri çağıraraq diplom işinə 500 manat yığılmasının tələbi olubdur.
Qeyd edək ki, Texnologiya Universitetində 4 Dekanatlıq mövcuddur. Lakin Rektor Y.Ömərov dekanların birini fərqləndirərək, Fakültədə 500 manatın tələbələrdən diplom işinə yığılmasını Kafedra müdirlərinə tapşırıbdır.
Sual olunur bu hansı Dekandır? Şok- şok...
Son vaxtlar ATU-nun Rektoru Yaşar Ömərov haqqında gedən iddialar öz ardıcıllığını saxlayır. Bir müddəd bundan öncə, Novruz Bayramı günlərində müəllimlərdən tələb olunan 500 manat iddiası gündəmi zəbt etmişdir.
Haqqında dövlət pulunu mənimsəmədə, Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq), 179.3.2 (mənimsəmə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi açılmış ATU-nun Rektoru Yaşar Ömərov hər varianta qarmaq atır ki, tələbi olunan "Dövlət" pulunu maliyyə büdcəsinə qaytarsın.
Sonuncu niyə Universitetin Müəllim və Tələbə kontingentindən istifadə etmək istəyir.