Millət vəkili Tərtərdə şəhid ailəsini ziyarət etdi - FOTOLAR

Milli Məclisin deputatı Anar Məmmədov Tərtər şəhərində Vətən müharibəsi şəhidi Aslanov Xəyal Qüdrət oğlunun ailəsini ziyarət edib, ailənin qayğıları ilə maraqlanıb.

Sabahinfo.az xəbər verir ki, ziyarətdə YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov və Tərtər Rayon İcra Hakimiyyətinin nümayəndəsi iştirak edib. 

“Xəyalın əziz xatirəsi daima bütün tərtərlilərin qəlbində yaşayır və yaşayacaq”, - bu sözləri Anar Məmmədov şəhidin ailə üzvləri ilə görüşündə deyib, onlara səbr diləyib.

Şəhidin ailə üzvləri onlara göstərilən xüsusi  diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Xəyal Aslanov 44 günlük Vətən müharibəsində rayonun Suqovuşan kəndi istiqamətində gedən döyüşlərdə 28 sentyabr 2020-ci il tarixdə, 26 yaşında şəhid olub.

X. Aslanov ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Suqovuşanın azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif olunub.