Millət vəkilindən çağırış

Əziz həmvətənlər!

Artıq 2 gündün bütün Azərbaycan xalqı Şanlı Azərbaycan Ordusunun Azərbaycan-Ermənistan sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətində Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısının alınmasını, düşmənə layıqlı cavab verməsini böyük şərəf və həssaslıqla izləyir. Düşmənın təxribatları davam edir, düşmən bütün hərəkətlərinə görə layiqli cavabını alır və bundan sonra da alacaqdır. Bu hərbi əməliyyatlarda təəssüf ki, itkilərimiz də vardır. Cəngavər cüssəli, qəhrəman 50 igidimiz şəhidətə yüksəlib. Allah rəhmət eləsin! Bütün xalqımıza səbr diləyirəm, Vətən- başın sağ olsun deyirəm.

Artıq 2 gündür bütün insanlarımız narahatdır. Hər kəs özünü Ordunun, əsgərinin yanında hiss edir. 44 günlük Zəfərimizdən sonra düşmən yaramızı qopartdı. Xalqımız böyük xalqdır. Sosial şəbəkələrdə ürəkyanğısı ilə paylaşımlar edirlər. Sağ olsunlar. Lakin Sosial şəbəkələrdə əsası olmayan bir neçə məlumata rast gəlmişəm. Buna görə də tövsiyə olunur ki, insanlarımız paylaşımlarında yalnız rəsmi məlumatlara əsaslansınlar və belə həssas məqamlarda diqqətli olsunlar. Onsuz da şəhidimiz var deyən kimi bütün əsgər, hərbçi anaları,ataları, baçıları, xanımları, uşaqları , o cümlədən bütün Azərbaycan xalqı sanki onlarla birgə həyatını itirir, ölüb ölümdən qayıdır. Hesab edirəm ki, ” Bakı-şəhidin var”, “Şirvan - şəhidin var” , “ Biləsuvar- şəhidin var” , “Tovuz - şəhidin var” paylaşımlarına ehtiyac yoxdur. Şəhid xalqın şəhidir. 44 günlük Vətən müharibəsi bunu bizə növbəti dəfə göstərdi.

Azərbaycan- şəhidin var!

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

İltizam Yusifov
Milli Məclisin deputatı