"Bizim konstitusiyaya görə, Azərbaycan Respublikasının Milli Məclisi sülh sazişinə razılıq verməlidir".
Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib.
"Bu sülh sazişi beynəlxalq müqavilənin xüsusi növü olduğuna görə, onun əhəmiyyəti nəzərə alınaraq konstitusiyada Milli Məclisin razılığı ilə edilməsi nəzərdə tutulur. Təklif edirəm ki, yaxın vaxtlarda Xarici İşlər Nazirliyinin, Prezident Administrasiyanın nümayəndələrinin iştirakı ilə müzakirələr keçirilsin. Biz Azərbayca Prezidentinə sülh sazişi imzalamaq səlahiyyəti verək", -deyə deputat bildirib.