Milli Məclisin deputatı Səbinə Xasayeva şəhid ailələrini ziyarət edib

Milli Məclisin deputatı Səbinə Xasayeva Milli Qurtuluş Günü və Qurban bayramı ərəfəsində Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş gizir Səmədov Nicat Şahin oğlunun və kiçik çavuş Qarayev Tural Şahin oğlunun ailələrini iyunun 13-də ziyarət edərək onların problem və qayğıları ilə maraqlanıb, ailələrə bayram sovqatı təqdim edib.

Ziyarətdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun əldə etdiyi tarixi Zəfərdən bəhs olunub. Torpaqlarımızın işğaldan azad edildiyi, şəhidlərimizin qanının yerdə qalmadığı vurğulanıb.

Şəhidlərin valideynlərinin ürək sözləri dinlənilib, onların qayğıları öyrənilib. Şəhidlərin valideynləri göstərilən diqqət və qayğıya görə, eləcə də şəhid adının daim uca tutulması üçün görülmüş işlər ilə əlaqədar Ali Baş Komandan, Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.

Ziyarətdə Binəqədi rayon icra hakimiyyəti başçisinin Xocəsən qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Ramil Abasov, Binəqədi rayon Xocəsən bələdiyyəsinin sədri Nigar Məmmədova və Binəqədi rayon icra hakimiyyəti başçisinin 28 May qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsini müvəqqəti icra edən Əsəd Məmmədov iştirak ediblər.