Milli Məclisin deputatı seçicilərlə görüşüb

Milli Məclisin deputatı Xanlar Fətiyev Bərdə rayonunun Qaradəmirçi və Hüseynbəyli kəndlərində seçicilərlə görüş keçirib.

Görüşdə seçicilərin müraciətləri dinlənilib, qaldırılan məsələlərin bir qismi qanunvericiliyin tələblərinə müvafiq olaraq yerindəcə həllini tapıb, digərləri isə aidiyyəti qurumlara yönləndirilib.