Sentyabrın 12-də Bakıda Milli Mədəniyyətin Təbliği İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra etdiyi “İbrahim Safinin 125 illik yubileyinə həsr olunmuş eyni adlı “Rəngləri danışdıran adam” kitab və filminin təqdimatı” layihəsi çərçivəsində keçirilən tədbirlər haqqında məlumatlandırma və son iki il müddətində aparılan təbliğatın nəticəsi olan “İşıq adam” kitabçasının təqdimatı olub. Təqdimatda ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.
Bakının işğaldan azad edilməsinin 105-ci ildönümü ərəfəsində Qafqaz İslam Ordusunun da yadigarı sayılan, 1898-ci ildə Naxçıvanda dünyaya göz açmış dünya şöhrətli görkəmli rəssam İbrahim Səfinin bu il 125 yaşı tamam olur. Tədbirdə Jalə Cəfərovanın 4 il ərzində rəssamla bağlı keçirtdiyi tanıtımların və sənət adamlarının məqalələr toplusunu özündə əks etdirən ‘’İşıq adam ‘’kitabçası da qonaqlara təqdim olundu. Tədbirdə Azərbaycanın tanınmış ziyalıları bir-birindən maraqlı fikirlərlə ,təkliflərlə şıxış edərək başladığı müqəddəs yolda Jalə xanıma uğurlar dilədi. Sənətşünas alim Ziyadxan Əliyev deyib ki, illər öncə mühacir həyatı yaşamış rəssamlarla bağlı bacardığım qədər işlər görüb: "O rəssamlar cərgəsində İbrahim Səfi də var idi. Ancaq onun həyat və yaradıcılığını artıq bir neçə ildir bütün nvarlığı ilə yorulmadan bu xanımı tanıdıq. ‘’ Bu çətin və şərəfli yolda müəllifə uğurlar arzu edək,xanım əslində Mədəniyyət nazırliyinin görməli olduğu işləri görür.Ş eyni zamanda təkbaşına‘.’
Jurnalist Rüfət Muradlı tədbirdəki çıxışında da qeyd edib ki, uzun illər sonra başda Milli Liderimiz Məhəmməd Əmin Rəsulzadə olmaqla Cümhuriyyət qurucularımızın bizə tanitdirilmasında Şirməmməd Hüseynov, Aydın Balayev, Mövsüm Əliyev, Mayıs Əlizadə, Nəsib Nəsibli, rolu nə olubsa, son illərədək tanımadığımız sənət dühasi İbrahim Səfinin Azərbaycana tanitdirilmasında Jalə xanımın rolu da bir o qədər əvəzsiz sayıla bilər. Bu yolda dənizdə damla qədər bizim də iştirakımız olubsa, şübhəsiz ki, borc bilmişik. Milli Mədəniyyətin Təbliği İB-nə bu mənəvi borcumuza dəyər verib, üstəlik fəxri diplomla təltif etdiyi üçün ayrıca təşəkkür edirəm’’.
Tədbirdə həmçinin sənətçünaslıq üzrə fəlsəfə doktoru Ülkər Veysəlli, psixologiya üzrə fəlsəfə doktoru Limunət Əmrahlı, yazar Sona İsmayılova, jurnalist, dosent Sevinc Tofiqqızı, hüqüqşünas İlqar Türkoğlu, yazar -jurnalist Əntiqə Qonaq, Uşaqların Gələcəyi Naminə ib-in rəhbəri Könül Quliyeva, Mədəniyyətin və Milli Ənənələrin Təbliği ib-nin rəhbəri Billur Məmmədova və bir çox ziyalılar çıxış edərək müəllifə gələcək işlərində uğurlar arzuladılar.
Naxçıvanda tədbirə qoşula bilməyən, lakin Milli Mədəniyyətin Təbliği ib -i tərəfindən İbrahim Səfi yaradıcılığının tədqiqində daim dəstək olan insanlar (Rüfət Muradlı, Ülkər Veysəlli-Hacıyeva, Etibar Məmmədov) Fəxri Fərmanla təltif olundu. QHT rəhbəri Jalə Cəfərova bütün qonaqlara, eyni zamanda “İbrahim Safinin 125 illik yubileyinə həsr olunmuş eyni adlı “Rəngləri danışdıran adam” kitab və filminin təqdimatı” layihəsinə maliyyə dəstəyi göstərən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə təşəkkürünü bildirdi.
Tədbirdə Milli Mədəniyyətin Təbliği İctimai Birliyinin sədri Jalə Cəfərova KİV nümayəndələrinin layihə haqqında suallarını cavablandırdı. Sonda xatirə şəkilləri çəkildi.