Milli Qvardiyanın 400-ə yaxın əsgəri yaralandı-QAZAXISTANDA

Qazaxıstanda baş verən iğtişaşlar zamanı Milli Qvardiyanın 400-ə yaxın əsgəri yaralanıb.

Axar.az xəbər verir ki, bunu ölkənin daxili işlər nazirinin müavini və Milli Qvardiyanın baş komandanı Ruslan Jaksılıkov deyib.

"Milli Qvardiyanın əsgərləri gecə-gündüz xidmətdədirlər. Almatı, Çimkənd və bir sıra rayon mərkəzlərində asayişin təmin edilməsi zamanı xuliqan kütlə ilə qarşıdurma nəticəsində Milli Qvardiyanın yaralanan əsgərlərinin sayı 394 nəfərə çatıb. Bundan əlavə, kütləvi iğtişaşlar zamanı Milli Qvardiyanın 90-dan çox hərbi texnikasına zərər dəyib", - deyə R.Jaksılıkov bildirib.