“Milli və əxlaqi dəyərlərimizin təbliğində milli kimliyin rolu” layihəsi başladı

Türkdilli Dövlətlərlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Milli və əxlaqi dəyərlərimizin təbliğində milli kimliyin rolu” layihəsini icra etməyə başlayıb.

Layihə çərçivəsində 4 tədbirin keçirilməsi nəzərdə tutulmuşdur. İlk tədbir 25.10.2022-ci il tarixində S. C. Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasında həyata keçiriləcəkdir. İkinci tədbir 26.10.2022-ci il tarixində Bakı şəhəri Səbail rayonu Cəfərov qardaşları 16 ünvanında Universitet tələbələri ilə həyata keçiriləcək. Növbəti tədbirlər 27.10.2022 və 28.10.2022-ci il tarixlərində Zaqatala rayonunda həyata keçiriləcəkdir.

Tədbirlərlə bağlı məlumatlar KİV-lərdə işıqlandırılcaq.