Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Şans” Regionlara Dəstək İctimai Birliyi “Mina təhlükəsi barədə maarifləndirmə” layihəsi çərçivəsində 10 sentyabr tarixində Qəbələ rayonunda köçkun qəsəbəsində Kəlbəcər rayon 31 saylı məktəbdə tədbir keçirmişdir.
Həmin toplantıda tədbirin aparıcısı, tarixçi İzzət Bayramov mina təhlükəsi haqqında geniş ictimaiyyətin maarifləndirilməsinin zəruriliyi haqqında danışıb. Daha sonra “Mina təhlükəsindən necə qorunmaq olar " adlı videoçarx nümayiş olundu. Həyəcan doğuran, təsir edici videoçarx insanların psixologiyasına, davranışına təsir etməklə bərabər çox böyük marağa səbəb oldu. Videoçarxın nümayişindən sonra müzakirələr aparıldı. İştirakçılar tərəfindən verilmiş sullar cavablandırıldı.
Daha sonra II Qarabağ müharibəsinin iştirakçısı Əlikram Rəsulov, orta məktəbin direktou Kamil İsmayılov, məktəbin direkdor müavini Racib Rəcəbov və digər şəxslər çıxış edərək layihənin aktuallığını qeyd etdilər. Ümumilikdə, hazırlanmış videoçarx geniş auditoriyaya, insanların psixologiyasına ciddi təsir göstərdiyini qeyd etmək olar. Mina dəhşətləri, ondan necə qorunmaq məsələsi geniş auditoriyanı bir daha ciddi düşünməyə vadar etdi. Onu da qeyd edək ki, videoçarx sosial şəbəkələr vasitəsilə layihədən sonrakı dönəmdə də geniş yayılacaq.