Minskdə Xocalı şəhidləri anılıb

Fevralın 24-də Maksim Tank adına Belarus Dövlət Pedaqoji Universitetinin nəzdindəki Bakı Slavyan Universitetinin Azərbaycan dili və mədəniyyəti mərkəzində Xocalı soyqırımının 30 illiyi ilə bağlı anım tədbiri təşkil olunub. “Diaspornews.az” xəbər verir ki, tədbirin iştirakçıları Mərkəzin rəhbəri, Belarus-Azərbaycan İcmaları Konqresinin üzvləri və tələbələr olub.

Xocalı faciəsinin qurbanları bir dəqiqəlik sükutla yad edildikdən sonra, bu faciənin xronikası haqqında danışılıb, şeirlər oxunub.

Xocalı soyqırımını 22 mart 1943-cü ildə Belarusun Xatın kəndində faşistlərin törətdiyi faciə ilə bərabər olduğu vurğulanıb. Bu məqsədlə tədbir iştirakçıları “Xatın” memorial kompleksini ziyarət ediblər, burada kəndlə birlikdə yandırılmış dinc sakinlərin xatirəsini anılbar və kompleksin önunə çiçəklər qoyublar. Belə faciələrin təkrar olunmaması üçün tarix unudulmamalıdır!

image-img-20220225-wa0067

image-img-20220225-wa0066