Türkiyə Milli İstihbarat Təşkilatı (MİT) Amed Dorşin ləqəbli PKK/YPG terrorçusu Eyyüp Yaqutu Suriyada keçirdiyi xüsusi əməliyyatla zərərsizləşdirib.
O, Çavreş briqadasında təxribat batalyonunun məsul şəxsi olub.
2010-cu ildə PKK-nın Muş bölgəsindəki gənclər təşkilatının tərkibində fəaliyyət göstərən Eyyüp Yakut üç ildən sonra Türkiyədə bir müddət terror fəaliyyətini davam etdirib.
Eyyüp Yakut Türkiyədəki fəaliyyəti və Suriyada Türkiyə Silahlı Qüvvələrinə qarşı hərəkətləri ilə MİT-in hədəf siyahısına düşüb.