Moskvanın Domodedovo və Vnukovo hava limanları yenidən bağlanıb.
Sabahinfo.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
"Vnukovo və Domodedovo təyyarələrin qəbulu və göndərilməsi üçün müvəqqəti bağlanıb", - məlumatda qeyd olunub.
"Flightradar"ın məlumatına görə, təyyarələr Moskva vilayətinin cənub-qərbi və cənub-şərqi üzərində uçub. Paytaxt hava limanlarının onlayn tablosuna əsasən, bazar ertəsi Moskvada təxminən 46 reys gecikib və ya ləğv edilib.
Qeyd edək ki, bu sabah Moskvaya PUA hücumu edilib.