Moody`s Beynəlxalq Reytinq Agentliyi Rusiyanın 11 regionun, o cümlədən Moskva və Sankt-Peterburq reytinqini aşağı salıb. Bu barədə RBK agentliyi xəbər verib. Bildirilir ki, ümumrusiya reytinqinin azalması Moskva, Sankt-Peterburq, Xantı-Mansiysk muxtar dairəsini, Samara, Komi, Krasnodar, Krasnoyarsk regionunu, Belqorod, Nijeqorod, Voloqda vilayətlərini və Mordoviya Respublikasını əhatə edir. Rusiya regionlarından başqa, reytinqin azalması iki şəhərdən – Krasnodar və Volqoqrad, həmçinin Sankt-Peterburqun "Su kanalı" müəssisəsindən yan keçməyib. Rusiya regionlarının reytinqinin enməsi ölkənin maliyyə institutlarının suveren reytinqinin aşağı düşməsindən sonra baş verib.
Xatırladaq ki, Moody`s Beynəlxalq Reytinq Agentliyi fevralın 21-nə keçən gecə Rusiya reytinqini neqativ proqnozla Baa3 səviyyəsindən Ba1-dək aşağı salıb. Agentlik bu addımı Rusiyanın kredit profilinin zəifləməsi, Ukraynadakı böhran və neftin qiymətinin düşməsindən sonra sistematik risklərin artması ilə izah edib.