“Rusiyadan qaz tədarükü kəsildikdən sonra Avropa əvvəlcə bizə, sonra Azərbaycana müraciət etdi. Niyə? Çünki Avropanın can Azərbaycanın qazına ehtiyacı var”.
Sabahinfo.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
O qeyd edib ki, Rusiya-Ukrayna müharibəsinə görə dünyada yaranan taxıl böhranını həll edən ölkə Türkiyə oldu.
“BMT Baş katibi Antonio Quterreş deyib ki, taxıl böhranının həll edilməsi mənim ən böyük uğurum olub. Əlbəttə, bizim sayəmizdə. BMT qida böhranlarını həll edə bilmir. Paxıllıq Avropa İttifaqının gözünü kor edir”, - o bildirib.