“Mədəni İnkişaf və Dialoq” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə yardımı ilə həyata keçirdiyi “Müasir dövrdə milli ideyanın yeni hədəfləri” layihəsi çərçivəsində növbəti tədbirini keçirib.
22 sentyabr 2025-ci il tarixində Bakının Yasamal rayonunda yerləşən 1 nömrəli Bakı Tibb Kollecinin tələbə və müəllim kollektivinin iştirakı ilə keçirilən tədbiri kollecin direktoru Nailə xanım Əliyeva açıb.
O, mövzunun əhəmiyyətindən danışaraq tədbirin Respublika Prezidenti İlham Əliyevin 2025-ci ili “Konstitutsiya və suverenlik ili” elan etdiyi bir dövrdə keçirilməsini xüsusi vurğulayıb. Sonra o, məruzəçi professor Rəna Mirzəzadəni təqdim edərək, sözü ona verib.
Rəna Mirzəzadə “Müasir dövrdə milli ideyanın yeni hədəfləri” mövzusunda geniş çıxış edib.
Mövzu ətrafında iştirakçılarla qarşılıqlı fikir mübadiləsi aparılıb.
Müzakirələrdə kollecin Tələbə Gənclər Təşkilatının sədri Elnur Həsənbəyli, kollecin Həmkarlar Təşkilatının sədri Sevda Nadirova və kollecin tələbəsi, tibb bacısı kimi 44 günlük Vətən müharibəsinin tam iştirakçısı olmuş Türkan Quliyeva fəal iştirak ediblər.
Yekunda Elnur Həsənbəyli rəhbərlik adından maraqlı aktual mövzuda tədbir üçün Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyinə, ictimai təşkilatatın nümayəndələrinə öz təşəkkürünü bildirib. Professor Rəna Mirzəzadə yaradılmış şərait üçün kollecin rəhbərliyinə təşəkkür edib.