2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərdə Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 106 saylı Tovuz seçki dairəsindən namizədliyi irəli sürülmüş Nizami Səfərovun Tovuz rayonunun Düz Cırdaxan, Cəlilli və Aşağı Mülkülü kəndlərindən olan seçicilərlə görüşləri keçirilib.
Görüşlərdə YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov çıxış edərək Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu partiyanın hər zaman Azərbaycan xalqının rifahına xidmət etdiyini bildirib. Rayon təşkilatının sədri YAP-ın “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı ilə parlament seçkilərində iştirak etdiyini diqqətə çatdıraraq seçicilərin dəstəyi ilə qarşıya qoyulan hədəflərin reallaşdırılacağına əminliyini vurğulayıb.
Sonra deputatlığa namizəd Nizami Səfərov çıxışında Azərbaycanın dünyada sabitlik və təhlükəsizlik adası kimi tanındığını, milli həmrəyliyin dövlətimizə böyük uğurlar qazandırdığını, ölkəmizdə vətəndaşların Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətə inam və etimad bəslədiklərini, xalq-iqtidar birliyinin sarsılmaz təməllərə söykəndiyini bildirib.
N.Səfərov sosial-iqtisadi, siyasi və digər sahələrdə əldə olunan müsbət nəticələri diqqətə çatdıraraq qarşıda duran hədəflərdən danışıb.
Tədbirdə çıxış edən təşviqat qrupunun üzvü Nazim Quliyev seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və YAP-ın namizədi Nizami Səfərova səs verməyə çağırıb.
Sonda seçicilərin arzu və istəkləri dinlənilib.
Görüşlərdən sonra N.Səfər rayonun Cəlilli kənd seçicisi 104 yaşlı Hürü Quliyevaya baş çəkərək qayğı və problemləri ilə maraqlanıb. H.Quliyeva N.Səfərova öz təşəkkürünü bildirirək seçkilərdə ona uğurlar arzu edib.