Müdafiə Nazirliyi Nəcməddin Sadıkovun adamları tərəfindən idarə olunur

Parklarda, şəhərin müxtəlif yerlərində hərbi forma geyinmiş və ya yaxası medallarla dolu yaşlı insanlar görməyə çox alışmışdıq. Artıq bu insanların geyimlərindən bilirdik ki, həmin insan cavanlığında hansısa döyüşdə, müharibədə iştirak edib. Vətən müharibəsindən sonra cavanların, gənc nəslin nümyəndələrinin də bu cür hərbi geyimlərdə gəzməyə marağının artdığının şahidi olduq. Maraqlısı ondadır ki, bu cür hərbi formada gəzənlər arasında döyüşçülər, qazilər, hərbçilər olmaqla bərabər, heç döyüşdə iştirak etməmiş şəxslərdə var. Hətta hərbi formaya marağın, hörmətin artdığını görən və bundan istifadə etməyə çalışan işbazlarında sayı az deyil. Bəzi şirkətlər, salonlar və s. obyektlər var ki, hərbi formadan, hərbçilərdən sözün əsl mənasında istifadə edərək, özlərini reklam da edirlər. Məsələn, bu günlərdə sosial media hesablarından birində reklam xarakterli bir şəkil yayılıb. Şəkildə, hərbi formada olan bir şəxsin uzandığı və xanım tərəfindən lazer proseduru edildiyi əks olunub. Şəklin üzərində isə yazılıb “şok qiymətə. Cəmi 35 azn”.
Hərbi formanın və hərbiçi adının bu qədər ucuzlaşdırılmasında günahkar kimdir? Bu halalrın qarşısı necə alınmalıdır?

Hərbi-siyasi ekspert Elçin Axundzadə Bizimyol.info-nun suallarını cavablandıran zaman bildirib ki, bu cür hərəkətlər ordunun statusuna təsir edir və aşağı salır.

 Elçin Axundzadə, Hərbi ekspert, ehtiyatda olan zabit “Qanunvericilikdə var ki, tərxis olunduqdan sonra kimlər hərbi forma geyinə bilər, kimlər isə yox. Bunun üçün də Müdafiə Nazirliyinin hərbi polisi var. Onlar şəhərə çıxıb baxmalı, yoxlamalar aparmalıdır. Bundan əlavə bizim polislər də yoxlamalar aparmalıdır. Amma təssüflər olsun ki, bəziləri formanı geyinib içki içir, qanun pozur, sürücülük vəsiqəsi olmadan avtomobil idarə edir, kafe-restoranlara gedir.

Reklam məsələsinə gəldikdə isə təbii ki, bununla bağlı qanunvericilikdə maddələr olmalıdır. Təssüf ki, bu barədə qanunda boşluqlar var və bundan istifadə edirlər. Belə hallar baş verdikdə Müdafiə Nazirliyinin şəxsi heyyət üzrə böyük idarəsi, mətbuat xidməti dərhal hücuma keçməli, addımlar atmalı, insanları maarifləndirməlidir. Amma təssüflər olsun ki, hələ də Müdafiə Nazirliyi Nəcməddin Sadıkovun adamları tərəfindən idarə olunur”.