Bu gün Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının binasında 44 saylı Sumqayıt - Xızı seçki dairəsinin seçiciləri ilə qəbul keçirdik. Qəbulda həmçinin Abşeron Xızı regional Məşğulluq İdarəsinin müdir müavini Fərrux İlyasov da iştirak edirdi.
Qəbula gələn vətəndaşlar məşğulluqla yanaşı kommunal, sağlamlıq və digər sahələr üzrə müraciətlər ediblər. Bir neçə məsələ yerindəcə həllini tapıb. Millət vəkilinin səlahiyyətlərinə aid olan məsələlər tərəfimizdən nəzarətə götürülüb və həlli üçün müvafiq addımlar atılması üçün qeydiyyata alınıb.
Vətəndaş məmnuniyyətini təmin etmək üçün deputat və aidiyyəti qurumun birgə qəbul keçirməsi effektiv nəticə verir. Buna görə də Dövlət Məşğulluq Agentliyinə öz təşəkkürümü bildirirəm.
Müşfiq Məmmədli
Milli Məclisin deputatı